Spikerlər

Mentor Talks

Yaqub Rəhimov

7Marketz Group CEO

Bioqrafiya

Yaqub Rəhimov AI və Blockchain texnikasına fokuslanan "Fintech" üzrə sahibkardır. 16 yaşından bəri investisiya edən Yaqub Rəhimov bir mükafatın qalibidir və 2009-cu ilin ortalarından bəri uğurlu Kriptovalyuta / Bitcoin investorudur.

"Machine learning" (alqoritma) Blockchain texnologiyası ilə birlikdə insanlığın gələcəyini müəyyənləşdirəcəyi görüşünə sahibdir. 7Marketz Qrupunun icraçı direktoru və təsisçisidir. Dünyanın 19 ölkəsində fəaliyyət göstərən Blockchain Media & konsaltinq təşkilatının rəhbəridir.


Bioqrafiya

10 avqust, 1986-cı ildə Bakıda doğulmuşdur. İzmir Dokuz Eylül və Qafqaz universitetləri məzunudur.

Markalaşma sahəsində karyerasının son altı ilini Türkiyədə qlobal şirkətlərlə partnyorluq edərək keçirmişdir.

R&D, istehsal müəssisələrinin qurulması, məhsul markalaşması üzrə çox illik təcrübəyə malik olan mentorumuz hazırda üç şirkətin marketinq və ixracat işlərinə rəhbərlik edir.

Mentor Talks

Elşən Məhərov

Marketinq menecer


Mentor Talks

Azad Qəhrəmanov

SAT Group şirkətinin direktoru

Bioqrafiya

Azərbaycan Tibb Universitetinin Müalicə -profilaktika fakültəsində təhsil alıb, ixtisasca həkim – terapevtdir.

2004 cü ildən Birbaşa Satış Sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaratmış, bu müddət ərzində 1000-dən çox satış nümayəndəsini hazırlamışdır.

2014 cü ildə Sat Group şirkətini təsis edərək müxtəlif şirkətlərin (Qobustone, Kontakt Home, Tepe Azərbaycan, AGA Group, Cersan Asansör, Optimax, Navigator.az, Vip Dental, İvento, Sky Bridge, Natura İnşaat, Buzer İnşaat, Konsis, Piramida Advertising, Media Master və d.) satış personalının peşəkarlığını artırmaq üçün təlimlər keçmişdir.

Hazırda Sat Group şirkətinin direktorudur. SAT kitabının müəllifidir.


Bioqrafiya

Yıldız Teknik universitetində Sənaye mühəndisliyi ixtisası üzrə təhsil alıb. Peşəkar karyerasına keyfiyyətə nəzarət mühəndisi kimi başlayan Alper Tunca müxtəlif şirkətlərdə auditor, biznesin inkişafı üzrə mütəxəssis, layihələrin idarəedilməsi üzrə məsləhətçi və əməliyyatlar üzrə rəhbər vəzifələrdə işləyib.

2009-2013-cü illər ərzində Alper bəy ölkəmizin ən böyük şirkətlərindən birində planlama müdiri kimi də çalışıb.
Alper Tunca hazırda qurucularından olduğu MENTORIA GLOBAL şirkətinə rəhbərlik edir və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə məsləhət xidmətləri verir.

Mentor Talks

Alper Tunca

Mentoria GLOBAL qurucusu


Mentor Talks

Kamran Ağayev

Oracle ACE Director

Bioqrafiya

Oracle Certified Master, ACE Director, President of AzerOUG, Speaker, Author, Blogger and BJJ Champion


Bioqrafiya

Ankara Universiteti radio televiziya və kino ixtisası məzunudur. Bir müddət KİV-də çalışıb. 2004-cü ildən müxtəlif dövlət və özəl qurumlarda mətbuat xidməti və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərib. 2014-2018-ci illərdə Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub. 2018-ci ilin iyul ayından etibarən HUNER GROUP-da PR və marketinq departamentinin direktorudur.

Mentor Talks

Nəsimi Paşayev

HUNER GROUP PR və marketinq direktor


Mentor Talks

Aqil Allahverdiyev

İnsan Resursları üzrə konsultant

Bioqrafiya

İnsanlarla işləmək və komandalara rəhbərlik etmək üzrə 15 ildən çox təcrübəyə sahibdir.

Hazırda Kaspi təhsil şirkətinin ümumi inkişaf strategiyasının təşkil edilməsi məqsədilə yenidən qurulması, insan resurslarına rəhbərlik, şirkətin təşkilati sturukturunun yenidən formalaşması, proseslərin və siyasətin inişafından məsuliyyət daşıyır.

Alman-Azərbaycan Ticarət Palatasında İnsan Resursları və Peşə Təhsili və Təlimi İş Qrupunun sədri vəzifəsini icra edir. Eyni zamanda təlimlər və kouçing fəaliyyətləriylə məşğuldur.

Əvvəllər Fairmont Baku-da İnsan Resursları Departamentinin Direktoru vəzifəsini icra edib.


Bioqrafiya

İngilis dili müəllimi və təhsil üzrə psixoloqdur.

Türkyənin "Dokuz Eylül" universitetində İngilis dili müəllimliyi üzrə təhsil alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsildə sosial psixoloji xidmət üzrə Magistr dərəcəsi alıb.

MentorTalks, Moderator

Hüseyn Həsənov

Moderator