Mentor Talks, mentor, bloq, Şamil Bağmanov

Forum, seminar, “talks” tipli tədbirlərin 7 faydası

Tədbirlərdə iştirak nələrə səbəb olur:

1. Yaradıcı düşüncə aktivləşər: Müxtəlif mövzularda çıxışlar olanda insanın yaradıcı düşünmə, fərqli düşünmə tərəfləri aktivləşər və başlayarsan qeydlər aparmağa. Həmçinin problemlərin həllini tapma şansın yaranar.

2. Potensialı kəşf etməyə sövq edir: Özündə olan daha əvvəl heç fikir vermədiyin tərəflərini kəşf edə bilərsən.

3. İlham alarsan: Daha çoxunu etməyə həvəsin artar.

4. Əminliyin artar: Nəticə almış insanları görərsən və deyərsən ki, o elədirsə mən də edə bilərəm. Uğurlu nəticələrin özümüzdən asılı olduğunu anlayarsan.

5. Yeni ideyaların yaranar: Əksər insanlarda seminarlarda, kitab oxuyanda, yol gedəndə, hərəkətdə olanda yeni ideyaların gəldiyi bizə məlumdur. Bu cür tədbirləri də həmin fəaliyyətlərdən biri kimi düşünə bilərsiniz.

6. Yeni mentorlar kəşf edərsən: Çıxışını izlədiyimiz spikerlər gələcək mentorlarımızdan biri ola bilər.

7. Enerji alarsan: Davamlı inkişafa meyilli insanlarla bir araya gələr və onların möhtəşəm enerjisini hiss edərsən.