MentorTalks, bloq

Bizə “müdirlər” yox, mentorlar lazımdır

Həyatda olduğu kimi iş yerlərində də mentorlara ehtiyac artır...

İş yerlərində həmin adamla işləyərəm, ondan öyrənəcəyimiz çox şey var deyildiyini çox eşidirik. Hər kəs mentora ehtiyac hiss edir. Həyatının hansı mərhələsində olursan ol. İstər biznes idarəçisi, istər hansısa şirkətdə işləyən mütəxəssis, istərsə də yeni işə başlayan ol.

Çap və promo məhsulları üzrə biznes sahibi Emin Əlibəyli ilə bir dəfə söhbətimiz olmuşdu. Demişdi ki, bir zamanlar iş təklifi almışdım və demişdilər ki, Teymur Məmmədovla (Teymur Məmmədov advermə sahəsi üzrə ən yaxşılardan biridir) birgə işləyəcəksən. Sırf Teymur müəllimə görə təklifi müsbət qarşıladığını demişdi. Bu cür misallar çoxdur. Mentoru tərk etmək istəmədiyinə görə yüksək maaşlı iş təklifini rədd edən insanlar görmüşəm.

İndiki dövrdə bizə iş yerlərində “müdirlər” yox, mentorlar lazımdır. Çünki biz inkişaf etmək istəyirik. Özümüzün ən yaxşı versiyamız olmaq istəyirik. Daxili potensialımızı kəşf edib hədəflərimizi əlçatan etmək istəyirik. Bizə lazım olan yolu artıq qət eləmiş insanların bizə istiqamət, cəsarət, ilham verməyini istəyirik. Buna ehtiyac duyuruq.

Bu qədər yeniliklərin olduğu bir dövrdə, gələcəklə bağlı qorxularımız var. Artıq hər kəs mentora ehtiyac duyur. İstər qərar vermə, istər düzgün istiqamətimizi tapma, istərsə də davamlı inkişafa sövq etmə mövzusunda mentora ehtiyac duyuruq.

Kimlər mentor axtarır? Növbəti mərhələyə keçmək istəyənlər, səviyyə qət eləmək istəyənlər, ən yaxşı versiyasını ortaya qoymaq istəyənlər mentor axtarır ...