Mentor Talks

MENTOR olmaq insan ruhunun dərinliklərində olan bir istəkdirmi?

Ən dəyərli sərmayə özümüzə etdiyimiz sərmayədir. Bu gün əldə etdiklərimiz şübhəsiz nə vaxtsa özümüzə etdiyimiz sərmayənin bəhrəsidir. Həmişə daha yaxşı özümüz olma şansımız var. Həyatımızın yaxşıya inkişaf etməsini istəyiriksə bunun yolu özümüzü yetişdirməkdir. Ola biləcəyimizin ən yaxşısı olmaqdır.

Həyatımızın hər hansı sahəsində daha yaxşı vəziyyətə gəldiyimiz anlar, sevinc və xoşbəxtlik hissini yaşayacağımız anlardır, özümüzdə gördüyümüz proqress bizə bu hissləri yaşadar.

Formal təhsillə bərabər MENTORlar və kitablar özümüzü yetişdirməyin ən önəmli vasitələridir. Axtardığımız suallara cavab tapmağın yoludur. Yaxşı MENTORlar sizin qabiliyyət və bacarıqlarınızı üzə çıxarda bilər, hətta sizin bilmədiklərinizi belə...

Paylaşmaq və MENTOR olmaq insan ruhunun dərinliklərində olan bir istəkdir. Çünki hamı nədəsə başqalarına mentor ola bilər, dəstək ola bilər. Adi insanlar özlərini yetişdirərək qeyri adi bacarıq və qabiliyyətlərə sahib olurlar, mentor olurlar.

Hamı MENTORa ehtiyac hiss edər. Yaxşı mentor təkcə faydalı məsləhətlər verən şəxs deyil, eyni zamanda insanların özündə görmədiyi tərəfləri göstərməklə bərabər nümunə olaraq insanlara ilham verən şəxsdir.

Fürsətlər ona hazır olanlara gələr..sürətli axan bu zamanda fürsətlərə hazırlaşmağa tələsməliyik. Başlamalı olduğumuz gün bu gündür. Ən yaxşı özümüzü tapmalıyıq. Ciddi xəyallarımız olmalıdı və xəyallarımızı ciddiyə almalıyıq. Özümüzü “kərpic- kərpic” inşa edəcəyimiz planımız və icraatlarımız olmalıdı.

Mentor Talks da bu yolda GPS rolunu oynayacaq.

Mentordan ilham al, gələcəyini bugün inşa et!