Mentor Talks

İlk görüşdə nədən danışmalı?

Düzgün danışıq hər yerdə, o cümlədən kişi ilə qadının ilk özəl görüşündə çox vacibdir.

İlk görüşdə yaranan təəssürat qurula biləcək gözəl bir münasibətin taleyini həll edir. “Ağzına su alıb oturmaq” və ya o an üçün uyğun olmayan mənasız mövzulardan söz açmaq hər şeyi məhv edə bilər.

Nələr olmaz?

Keçmiş sevgilisi ilə bağlı sual vermək

Qısqandığınızı göstərən cümlə qurmaq

Qayğısına qaldığınızı bayağı şəkildə bildirib yüngülvari danlamaq, məsləhət vermək

Xoşunuza gəlməyən tərəflərini tənqid etmək

Münasibətlərinizin sabahı haqqında danışmaq

Kiminsə qeybətini etmək

O tərəf- bu tərəfə boylanmaq, insanları süzmək (bədən dili…)

İlk görüşdə bu mövzularda danışmaq arzuolunandır:

Filmlər, kitablar, musiqilər

Hobbiləriniz

Hazırkı işiniz (əgər bu, qarşı tərəfə maraqlıdırsa. Maraq göstərmədisə, onu bezdirməyi ağlınızdan belə keçirməyin)

Səyahətləriniz, xatirələriniz (pozitiv olsa, daha yaxşıdır)

Uşaqlıq xatirələriniz... Əgər qarşı tərəfin yadında yaxşı dinləyici kimi qalmaq istəyirsinizsə, ona uşaqlığı ilə bağlı sual verin və şərait yaradın ki, doyunca danışsın.

Sizin də xatirələriniz ona maraqlı olacaq və söhbətiniz daha da şirinləşəcək

P.S Təkcə mövzu yox, onu necə ifadə etmək də önəmlidir. Misal üçün, çox maraqlı mövzunu ləhcə, dialekt sözlər, qulağı “cırmaqlayan” Ç-C səsləri ilə danışsanız, qarşı tərəfi elə ilk görüşdəcə özünüzdən soyuda bilərsiniz. Elə insanlar var ki, danışığa çox önəm verirlər.