Cəlalə Nəzəroğlu

Natiqlik üzrə təlimçi


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. 
Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakultəsinin magistratura pilləsini "Fərqlənmə" diplomu ilə bitirib. Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu "SAYGIN Coaching & Consulting" Fərdi İnkişaf Mərkəzində təlim alıb. Müxtəlif illərdə Xəzər tv-də "Xəzər Xəbər"in aparıcısı, İnterAz tv-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında "Salam, Azərbaycan" proqramının rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Nitq mədəniyyəti müəllimi, "Diksiya Akademiyası" MMC-nin təsisçisi və rəhbəri, ASAN Radionun redaktoru və aparıcısıdır. Nitqin insan həyatında misilsiz rolundan bəhs edən, qüsurlu danışığı qısa müddətdə məşqlərlə aradan qaldırmağa kömək edən "Danışığınla həyatı qazan" kitabının müəllifidir.